Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Unibroad.co-un təşkilatçılığı ilə Azərbaycana dəvət edilmiş Kembric təhsil qrupunun Biznesin inkişafı üzrə direktoru Uil Makivr tərəfindən universitetin tələbələri üçün  “Xaricdə təhsil imkanları” mövzusunda görüş keçirilib.

 

Görüşdə tələbələrə xarici universitetlərdə təhsil almaq üçün ödənişsiz qeydiyyatdan keçmək və universitet seçimində təhsil xərcləri, viza, yaşayış məsələləri kimi diqqət edilməli məqamlar barədə geniş məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Görüşün sonunda ADPU tələbələri Unibroad.co tərəfindən keçiriləcək Unibroad təhsil sərgisinə dəvət ediliblər.

  

Qeyd edək ki, Unibroad International dünyanın aparıcı universitetlərində xaricdə təhsil almaq imkanını həyata keçirmək üçün qurulmuş tam avtomatlaşdırılmış platformadır. Bu qlobal platforma təhsil səviyyəsinə uyğun proqramları asanlıqla tapmağa və onları bir neçə dəqiqə ərzində seçilən proqramlara tətbiq etməyə imkan verir.