Qarabağ savaşında şəhidlik zirvəsinə yüksələn iki şəhidimizin- Vaqif İsmayılzadə və Emin Məmmədovun  adlarını əbədiləşdirmək məqsədi ilə Beyləqan rayonunun birinci Şahsevən kəndində bulaq kompleksinin açılış mərasimi keçirilib.

 

Əbədiyyətə qovuşan şəhid  oğullarımızın məzunu olduqları Fazil Miriyev adına tam orta məktəbin həyətində inşa olunan “Şəhid bulağı”nın açılışında şəhid ailələri, şəhidlərin döyüş yoldaşları, rayon icra hakimiyyətinin rəsmiləri, təhsil ocağının müəllim və şagird kollektivi iştirak edib.

 

Mərasimdə Azərbaycan dövlətinin vətən uğrunda canlarını qurban verən  qəhrəman oğullarımızın ailələrinə mütəmadi olaraq göstərdiyi   diqqət və qayğıdan söz açılıb. Bildirilib ki, bu vacib məsələ ölkə rəhbərinin daim diqqət mərkəzindədir.

 

Mərasimin sonunda şagirdlər şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiyanı nümayiş etdiriblər.

 

Sifai SƏFƏROVA