Azərbaycan Tibb Universitetində (ATU) ənənəvi xeyriyyə aksiyasına start verilib.
Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın ad gününə həsr olunmuş humanitar aksiya çərçivəsində universitetdə təhsil alan 12 tələbə pulsuz göz əməliyyatı olunub.
Aksiya ATU rektoru, professor Gəray Gəraybəyli və oftalmoloq həkim Qurban İsmayılovun təşəbbüsü ilə keçirilir. ATU-nun Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov qeyd edib ki, tələbələr Excimer lazer göz əməliyyatı keçirib: “Onlar aztəminatlı ailənin övladlarıdır. Bu əməliyyat zamanı gənclərin gözündə yüksək dərəcəli miyoplar aradan qaldırılıb və əməliyyat tam fəsadsız başa çatıb”.
3 gün davam edən aksiyada ümumilikdə 25 tələbənin əməliyyat olunması planlaşdırılıb. Qeyd edək ki, ATU rəhbərliyinin təşəbbüsü ilə hər il mayın 10-da – ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümlərində də tələbələr üçün belə aksiyalar təşkil edilir.