Təhsil Nazirliyi və "Azercell Telekom”MMC-nin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən “AZERCELL CUP” müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
 

300-dən çox V-VII sinif şagirdlərinin qatıldığı müsabiqədə informatika fənni üzrə proqramlaşdırma bacarıqları ilə fərqlənən 21 iştirakçı "Azercell" mobil operator tərəfindən müvafiq medal, sertifikat və dəyərli hədiyyələrlə təltif edilib.


Mükafatlandırma mərasimi Təhsil Nazirliyinin və Təhsil İnstitutunun rəsmiləri, “Azercell Telekom” MMC-nin rəhbər heyətinin iştirakı ilə baş tutub.


Qeyd edək ki, “AZERCELL CUP”  proqramlaşdırma üzrə müsabiqə iki mərhələdə keçirilib. Final mərhələdə şagirdlərə 5 alqoritmik məsələnin həlli üçün 3 saat vaxt təqdim edilib. Nəticələrə əsasən, 4 şagird müsabiqənin I diplomu, 7 şagird müsabiqənin II diplomu və 10 şagird müsabiqənin III diplomu ilə təltif edilib.


Müsabiqə qalibləri beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə dəvət ediliblər.