Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Türkiyə Cümhuriyyətinin Bolu Abant İzzet Baysal Universiteti arasında əməkdaşlıq görüşü keçirilib.             

 

Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Bolu Abant İzzet Baysal Universitetinin rektoru Mustafa Alişarlı, həmin universitetin dosenti Ayhan Çetinkaya, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Tədris departamentinin müdiri, dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Avrasiya Universitetinin Türkoloji araşdırmalar mərkəzinin elmi işçisi Ənvər Kapağan və kiçik elmi işçisi Fəxriyyə Həsənoğlu iştirak ediblər.

 

Görüş zamanı hər iki universitet arasında “Mövlanə Mübadilə proqramı” protokolu və əməkdaşlıq müqaviləsi imzalanıb. Bu protokolun məqsədi iki universitet arasında tələbə mübadiləsini, birgə akademik/elmi tədqiqat layihələri, konfranslar, seminarlar və panellərin təşkilini, birgə distant və yay məktəbi proqramlarını həyata keçirməkdən ibarətdir.

 

Görüş çərçivəsində qonaqlar Pedaqoji Universitetin Heydər Əliyev Muzeyi, böyük akt zalı və yeni istifadəyə verilmiş Kitabxana-İnformasiya Mərkəzi ilə tanış olublar.