Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.

 

BMU-nun rektoru, professor Havar Məmmədov universitetin uğurlarından, tələbələrin respublika səviyyəli müxtəlif yarışlarda əldə etdiyi yüksək göstəricilərdən, eyni zamanda qarşıda duran əsas vəzifələrdən danışıb. Rektor  iclasda təlim-tərbiyə işinin vəziyyətinin, 2021/2022-ci tədris ilinin yay imtahan sessiyasına hazırlığın, artıq iki ildir icra olunan BMU-İNHA ikili diplom proqramı üzrə nəticələrin müzakirə olunacağını bildirib.

 

Sonra tərbiyə işləri üzrə prorektor Bayram Hüseynzadənin “BMU-da təlim-tərbiyə işinin vəziyyəti. Tələbə gənclər təşkilatları ilə aparılan işlərin təkmilləşdirilməsi”, tədris işləri üzrə prorektor Həmzağa Orucovun “Yaz semestri imtahan sessiyasına hazırlıq və onun mütəşəkkil keçirilməsi üçün tədbirlər”, beynəlxalq əlaqələr üzrə prorektor Manafəddin Namazovun “İkili diplom proqramları üzrə tədrisin mövcud vəziyyəti və qış imtahan sessiyasının nəticələri” mövzularında hesabatları dinlənilib.

 

Hesabatlarda tələbələrin kreativ və intellektual bacarıqlarının artırılmasından, onların dövlətçilik ideyalarına sadiqlik, hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasından, həmçinin respublikanın ictimai-siyasi və sosial-mədəni həyatı ilə bağlı müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlərdən, tələbə gənclər təşkilatlarının, tələbə klublarının fəaliyyətindən, yaz imtahan sessiyasında qarşıda duran vəzifələrdən, gözlənilən mümkün problemlərdən və onların həlli yollarından, ikili diplom proqramının icra vəziyyətindən ətraflı bəhs olunub.

        

Daha sonra iclasda Elmi Şura üzvlərinin, tədrislə bağlı müvafiq struktur rəhbərlərinin hesabatlar, həmçinin gündəlikdə duran müxtəlif məsələlərlə bağlı fikirləri dinlənilib, müvafiq qərarlar qəbul edilib.