İsrailin Kaye adına Akademik Pedaqoji Kollecinin ( Kaye Academic Collage of Education) Tədqiqat və qiymətləndirmə şöbəsinin rəhbəri, professor Mark Applebaum Bakı Dövlət Universitetinin SABAH qruplarının tələbələrinə ustad dərsi keçib.

 

Mark Applebaum “Kreativlik haradan gəlir?” mövzusunda keçirilən ustad dərsində tələbələrə kreativliyin mahiyyəti, problemlərin orijinal və qeyri-adi həll yollarından bəhs edib. O, kreativliyin müxtəlif yanaşmalarda fərqli nəticə və cavablar doğurduğunu vurğulayıb. Bildirib ki, bir sıra ölkələrdə erkən yaşlardan kreativliyi yaradan metod və üsullar tətbiq olunur və bu, uşaqların gələcək inkişafı üçün çox əhəmiyyətlidir.

 

Daha sonra İsraildə tələbə və şagirdlərin tapşırıqları icra etmə yollarından nümunələr göstərilib.  

 

Tələbələrə məruzə zamanı “Waze”, “Skype”, “Whatsapp”, “Mobılıye”, “Rewalk” kimi proqramlarda kreativliyə dair nümunələr təqdim olunub.

 

Ustad dərsi tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.