Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Özbəkistanda təşkil edilən 10-cu Beynəlxalq Təhsil Sərgisində təmsil olunub.

 

Universitetdən bildirilib ki, 5 gün davam edən sərgidə 18 ölkədən 25 ali təhsil müəssisəsi iştirak edib.

 

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin şöbə müdiri Afət Ələkbərova və Jalə Heydərova Daşkənd, Buxara, Səmərqənd, Fərqanə şəhərlərində təşkil olunan sərgilərdə UNEC-in təhsil imkanları barədə ziyarətçilərə məlumat veriblər. Dünya təhsil bazarında, o cümlədən nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini nəzərə alaraq, ölkəmizdə iqtisadyönümlü təhsil almaq istəyən ziyarətçilər UNEC Biznes Məktəbi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Beynəlxalq İqtisadiyyat Məktəbi və Rus iqtisad Məktəbinə qəbulla bağlı maraqlanıblar. Ziyarətçilər UNEC-ə əcnəbi tələbələrin cəlb edilməsi istiqamətində həyata keçirilən yeniliklərlə də tanış olublar.