Türkiyənin Antalya şəhərində oğlan və qızlar arasında qılıncoynatma idman növü üzrə beynəlxalq turnir keçirilib.
Türkiyə, ABŞ, Gürcüstan, Qazaxıstan və Azərbaycan komandalarının mübarizə apardığı turnirdə Təhsil Nazirliyinin 1 nömrəli idman liseyinin idmançılarından Mirnuray Abbasova (U-12) və Nəzrin Mehdiyeva (U-14) qılıncoynatmanın şpaqa növü üzrə I yer tutaraq yarışın qızıl medalını qazanıb.
İdmançıları təbrik edir, yeni uğurlar arzulayırıq!