Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzində Biznes və marketinq analitikası üzrə təlimlər başlayır.
Universitetdən bildirilib ki, təlimləri peşəkar ekspert Bəhman Hüseynli aparacaq.
Təlimlər hibrid formada təşkil olunacaq. Real layihələr üzərində çalışmalara üstünlük verilən təlim proqramında iştirakçılar praktiki biliklərə sahib olmaqla, analitik təfəkkür qazanacaq, biznes, marketinq sahəsində əldə olan məlumatları doğru şəkildə analiz etməyi, strateji qərarlar verməyi öyrənmiş olacaqlar.
Kursun sonunda iştirakçılar üçün imtahanlar keçiriləcək. Müvəffəqiyyət qazananlar rəsmi UNEC sertifikatı ilə təltif olunacaqlar.
Kursu bitirdikdən sonra dinləyicilər 2 ay ərzində mentor xidmətindən də istifadə edə biləcəklər.