Aprelin 20-də təhsil naziri Emin Əmrullayev Strasburq Universitetinin prezidenti Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə həmçinin, Fransa Respublikasının ölkəmizdəki səfiri Zakari Qros da iştirak edib.
Görüşdə Azərbaycan-Fransız Universiteti (UFAZ) layihəsinin iki ölkə arasında təhsil əlaqələrinin inkişafında rolu və bu əlaqələrin inkişafına müsbət töhfəsi vurğulanıb. Eyni zamanda UFAZ-ın fəaliyyəti ilə əlaqədar məsələlər, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Strasburq Universiteti arasında akademik əməkdaşlığın genişləndirilməsi, UFAZ-da tədqiqat işlərinin inkişafına dəstək və doktorantura proqramının təsisi imkanları müzakirə edilib.