Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və hüquq fakultəsində xarici tələbələrin iştirakı ilə “Azərbaycan dili və mədəniyyəti” adlı intellektual oyun təşkil olunub.

        

Universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov ali məktəbdə  mütəmadi olaraq bu cür intellektual oyunların keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bilik yarışmalarının keçirilməsinin əsas məqsədi xarici tələbələrə ölkəmizin tarixini və mədəniyyətini tanıtmaqdır.

        

Tələbələr qaydalar haqqında məlumatlandırıldıqdan sonra oyuna start verilib.

        

On komandanın fəal iştirak etdiyi oyun birmərhələli şəkildə həyata keçirilib. Tələbələrə 50 sual verilib. Oyunun yekununda “Şah İsmayıl” komandası qalib gəlib. “Xocalı” komandası II, “Bəzz qalası” komandası isə III yerin sahibi olub.

 

Tədbirin sonunda qalib komandalara sertifikatlar verilib.