Mingəçevir Dövlət Universitetinin Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı çərçivəsində  “Beynəlxalq maliyyə bazarlarında risklər” mövzusunda seminar keçirilib.

 

Tələbə və magistrantların iştirak etdiyi seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elnur Sadıqov məruzə ilə çıxış edib.

 

Məruzədə  dünya valyuta, kredit və maliyyə bazarlarında müasir vəziyyət, maliyyə bazarlarına təsir edən amillər, Avropa valyuta bazarının beynəlxalq valyuta bazarına təsiri, risklərin idarə edilməsi, valyuta məzənnəsinin sabitliyinin qorunması və digər məsələlərdən bəhs olunub.

 

Tələbə və magistrantlar tərəfindən maraqla qarşılanan məruzə ətrafında müzakirələr aparılıb, təqdim edilən suallar cavablandırılıb.