Azərbaycan Dövlət Pedaqoji Universitetində professor-müəllim heyətinin maliyyə savadlılığının artırılması məqsədi ilə Mərkəzi Bankın mütəxəssisləri və Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri tərəfindən seminarlar təşkil olunur.
Seminarlarda müəllimlər üçün hazırlanmış “Əmanətlərin sığortalanması”, “Vətəndaşlar üçün sığorta”, “İzafi borclanma”, “Zaminlik” və “Neyromarketinq” proqramları üzrə lazımi biliklər verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.