Bakı Slavyan Universitetində (BSU) Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində tədbirlər başlayıb. Təhsil fakültəsi tələbələrinin iştirakı ilə, “Bacarıqlı Əllər” İctimai Birliyinin nəzdində inklüziv qrupdan olan uşaqlarla 3 müxtəlif otaqda inkişafetdirici oyunlar, korreksiyaedici və yaradıcı məşğələlər keçirilib.

 

I otaq- “Pozitiv düşüncə”, II otaq- “Yaradıcılıq emalatxanası”, III otaq-“Play-Boom” otağı kimi tərtib olunub.

 

Tədbirdə iştirak edən sağlamlıq imkanları məhdud və sağlam uşaqlar birlikdə müxtəlif oyunlar oynayıb, yaradıcılıq emalatxanasında rəmzi əl işi-“Mavi əl” hazırlayıb “Birlik” ağacına asıblar.
“Play-Boom” otağında uşaqlar üçün müxtəlif oyuncaqlarla animatorlar tərəfindən oyun proqramları keçirilib.