Aprelin 13-də millət vəkilləri, influnserlər, media nümayəndələri və digər qonaqların iştirakı ilə Bərdə Peşə Liseyinə təşkil edilən infotur çərçivəsində Şəhidlər xiyabanı da ziyarət edilib. 

 

İnfotur iştirakçıları Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin unudulmaz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər qərənfillər düzüblər. 

 

Bildirilib ki, 44 günlük Vətən müharibəsində Bərdə rayonu üzrə ümumilikdə 72 nəfər  şəhid olub. Onlardan 50 nəfəri hərbi qulluqçu, 22 nəfəri isə terror qurbanı olub. Terror qurbanı olan 22 nəfərdən 2-si şagird, 1-i müəllim olub. Rayon üzrə 17 nəfər təhsil işçisi döyüşlərə qatılıb. 

 

Daha sonra Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərovanın ailəsinə baş çəkilib, qayğıları dinlənilib.