Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdəki ali təhsil müəssisələri, eləcə də kolleclərdə “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlərə treninqlərin keçirilməsinə başlayıb.
Mərkəzdən bildirilib ki, may ayına qədər davam edəcək treninqlərdə 36 müəllim iştirak edir. Qeyd edilib ki, kolleclərin treninqlərə qoşulması ilk dəfə həyata keçirilib. Treninqdə Dənizçilik Kolleci, Bakı Neft və Energetika Kolleci, Bakı Biznes və Kooperasiya Kolleci, Ağdam Dövlət Sosial İqtisad Kolleci, Şəki Dövlət Regional Kolleci, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Milli Konsevatoriyası Nəzdində Musiqi Kolleci, Bakı İdarəetmə, Sənaye və Texnologiya Kolleci, Şuşa Humanitar Kolleci, habelə Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Qərbi Kaspi Universiteti təmsil olunur.