Mingəçevir Dövlət Universiteti (MDU) Qazaxıstan Respublikasının KIMEP Universitetində onlayn formatda təşkil edilmiş 19-cu KIMEP Beynəlxalq Tədqiqat Konfransında təmsil olunub.
“KIMEP Universitetinin 30 illiyi: lokal və qlobal təsir” mövzusunda keçirilən beynəlxalq konfransda 5 ölkənin 11 ali məktəbindən 60-a yaxın tədqiqatçının məruzələri dinlənilib.
Konfransda MDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, İqtisadiyyat kafedrasının baş müəllimi Nazim Niftəliyev iştirak edib. O, konfransın Menecment və marketinq adlı bölmə iclasında “Müəssisədə strateji təşkilati və innovasiyalı dəyişikliklərin idarə olunmasının effektivliyinin yüksəldilməsi yolları” mövzusunda məruzəsini təqdim edib.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.