Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan Respublikasının qanunvericilik sistemi” mövzusunda elmi seminar keçirilib.

 

“MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı Tədbirlər Planı” çərçivəsində təşkil olunan seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

 

Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən seminarda Azərbaycan Vəkillər Kollegiyasının üzvü Hüseyn Əsgərov “Beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi kimi” və MDU-nun hüquqşunası Elvin Abbasov “Azərbaycan Respublikasının normativ hüquqi aktları” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.