“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Zərdab rayon H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin binasında aparılan əsaslı təmir işləri son tamamlama mərhələsindədir.
Təhsil şöbəsindən verilən məlumata görə, 1176 şagird yerlik məktəb-liseydə əsaslı təmir işləri Təhsil Nazirliyinin sifarişi ilə “Xim Ekspres-2000” MMC tərəfindən aparılır.
Təhsil ocağında əsaslı təmir işlərinə 2016-cı ildən başlanılıb. Bu il istifadəyə verilməsi nəzərdə tutulan məktəb-liseydə tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaq.
Şakir CƏFƏROV