Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH mərkəzinin tələbəsi Nəzrin Hüseynli ABŞ İnstitutlarının Öyrənilməsi (SUSI) proqramının finalçısı olub.
Universitetdən bildirilib ki, proqram tələbələrə ABŞ haqqında daha dərin biliklər əldə etmək, eyni zamanda onların liderlik bacarıqlarını artırmaq üçün nəzərdə tutulub. SUSI proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun proqramıdır, Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) tərəfindən idarə olunur. ABŞ səfirliyi tərəfindən bu proqrama ərizə və müsahibə prosesi əsasında Azərbaycandan 4 finalçı və bir alternativ namizəd seçilir. Qaliblər ABŞ-da 6 həftəlik təhsil proqramında iştirak etmək imkanı qazanırlar.