“Azərsu” Açıq Səhmdar Cəmiyyətində “Sudan səmərəli istifadənin metodları” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) geologiya fakültəsinin dekanı Mamoy Mansurov, dekan müavini İlqar Quliyev, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov, kafedranın müəllimləri Ələkbər Mirzəyev və Günay Hüseynova, həmçinin fakültənin bir qrup tələbəsi iştirak ediblər.
Dekan Mamoy Mansurov layihənin mahiyyəti haqqında danışıb, fakültənin tələbələrinin də layihənin aktiv iştirakçıları olduğunu qeyd edib. Bildirib ki, qlobal iqlim dəyişikliyi fonunda yaranan içməli su problemi və onun həlli istiqamətləri dövlətin diqqət mərkəzindədir.
Daha sonra Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov çıxış edərək, layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Bu tipli mövzularda tələbələrin daha aktiv iştirakının vacibliyini vurğulayan B.Qələndərov müasir dövrün qlobal problemi olan suyun səmərəli istifadəsi üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyini söyləyib.
Sonda layihə iştirakçıları sertifikat və diplomlarla təltif olunublar.