Avqustun 13-də “YARAT” Müasir İncəsənət Mərkəzi uşaqları nənə-babaları ilə birlikdə “Camping and Gramping” yay düşərgəsinə qatılmağa dəvət edir.

 

Sözügedən proqram “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgiyə həsr olunur. Ustad dərslərin mövzusu “Xəyallar”dır və iştirakçılar öz xəyallar aləmini yaratmaq imkanı əldə edəcəklər. Ustad dərsləri istedadlı kuklaçı-rəssam Leyla Qabulova tərəfindən aparılacaq.

 

Sonda əsərlərin yekun sərgisi  keçiriləcək.