Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar  üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Orxan Güləhmədov, Jiseok Kim, Mustafa Muradovun “The wind-driven Scotch yoke-based triboelectrik system for energy harvesting” (Enerji yığımı üçün küləklə idarə oluna bilən Scotch Yoke əsaslı triboelektrik nanogenerator sistemi) adlı məqaləsi təsir faktoru (impact factor) 5.164 olan “International Journal of Energy Research” beynəlxalq jurnalında dərc olunub.  Məqalədə ilk dəfə külək enerjisini elektrik enerjisinə çevirə bilən “Scotch Yoke” əsaslı triboelektrik nanogeneratorun yaradılması barədə məlumat verilib.

 

Külək sürətinin dəyişməsinin triboelektrik nanogeneratorun çıxış parametrlərinə təsiri müəyyən edilib. Həmçinin, neylon və polisiloksan materiallardan istifadə olunaraq oriqami strukturlu bir neçə nümunə hazırlanıb və belə strukturların triboelektrik nanogeneratorun fəaliyyətinə necə təsir etdiyi araşdırılıb.

 

Bu barədə BDU-dan bildirilib.