Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları İspaniyanın Bilbao şəhərində Erasmus+ Work4CE konsorsium layihəsi çərçivəsində keçirilən "T4T” (Train-the-Trainer) beynəlxalq təlim həftəsinə qatılıblar. Təlimlərdə rektorun İT və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev, universitetin Kompüter mühəndisliyi kafedrasının professorları Yaşar Hacıyev və İlqar Rzayev iştirak ediblər.

 

Qeyd edək ki, 2020-ci ildə başlanmış və 2023-cü ilin noyabr ayınadək davam edəcək layihə Dördüncü Sənaye İnqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların (“İşçi Qüvvəsi 4.0”) müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanması (“İşçi Qüvvəsi 4.0”) hədəfinə xidmət edir.