Bakı Ali Neft Məktəbində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.

 

Ali Məktəbin rektoru Elmar Qasımov azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələrindən bəhs edərək xatırladıb ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında" fərmanı əsasında  31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur: “1918-ci ildə Bakı Soveti və daşnak erməni silahlı dəstələri Bakı şəhərində, həmçinin Şamaxı, Quba, Xaçmaz və digər bölgələrdə azərbaycanlılara qarşı  soyqırımı törədərək minlərlə insanı qətlə yetirib.  Bu hadisələr tariximizin qanlı səhifələridir. Minlərlə azərbaycanlının soyqırımı qurbanına çevrildiyi tariximizin qan yaddaşına yazılan bu günlər unudulmamalı, daim xatırlanmalıdır. Xalqımızın başına gətirilən faciələrin təkrarlanmaması, tarixdən dərs çıxarılması üçün gənclərimiz, tələbələrimiz tariximizi dərindən öyrənməlidirlər”.

 

Tədbir 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.