Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH mərkəzinin rəhbəri, dosent Aida Quliyeva və 15 tələbə Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin dəvəti ilə işgüzar səfərdə olublar.
Fakültə inkişaf proqramı çərçivəsində Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin İqtisadi Sosial Elmlər fakültəsində UNEC SABAH heyətinə universitet barədə ətraflı məlumat verilib.
Fakültə dekanı Dr.Tamas Koltai UNEC SABAH məzunlarının həmin universitetdə magistratura pilləsində təhsillərini davam etdirdiklərini diqqətə çatdırıb, məzunların biliyinin yüksək olmasının onlarda maraqla qarşılandığını, bu səbəbdən də UNEC SABAH heyətini universitetə dəvət etdiklərini deyib.
Səfər çərçivəsində SABAH tələbələri magistr təhsili alan beynəlxalq qrupların tədris prosesində iştirak ediblər.
SABAH mərkəzinin rəhbəri A.Quliyeva isə ingilis dilli beynəlxalq qruplarda “Azərbaycan iqtisadiyyatının müqayisəli təhlili” (“Comparative analysis of Azerbaijan economy”) mövzusunda mühazirələr oxuyub, fakültə inkişafı ilə bağlı işgüzar görüşlərdə iştirak edib.
Səfərin sonunda dekan və tələbələrə sertifikatlar təqdim olunub.