Naxçıvan Dövlət Universiteti (NDU) İngilis dili və tərcümə kafedrasının baş müəllimi Aidə Cəlilzadə Türkiyənin İstanbul şəhərində yerləşən MEF Universitetinin onlayn təşkil etdiyi IV Beynəlxalq Tələbə Konfransında iştirak edib.
A.Cəlilzadə "Naxçıvan Dövlət Universitetinin müasir tədris strategiyası" mövzusunda məruzəsini iştirakçılara təqdim edib. Çıxışda ali təhsil ocağında müasir tədris üsulları, mövcud fakültələr, universitetin beynəlxalq əlaqələri haqda məlumat verilib. Bildirilib ki, NDU-nun beynəlxalq əməkdaşlığında qardaş Türkiyə universitetlərinin xüsusi payı vardır.
Qeyd edək ki, konfransa 6 ölkə və 19 şəhərdən olmaqla, professor-müəllim heyəti, doktorant, magistr və tələbələr qatılıblar. İki gün davam edən konfransda müəllim və tələbələrin sualları cavablandırılıb.