Bakı Dövlət Universitetində (BDU) “Əcnəbi tələbələrin Novruz töhfələri” adlı musiqili tədbir keçirilib.

 

Tədbirdə BDU-nun Hazırlıq sektorunda təhsil alan əcnəbi tələbələr iştirak ediblər.

 

Əvvəlcə Hazırlıq sektorunun tələbəsi Merve Çalışkan Novruz bayramının tarixi ilə bağlı məlumat verib. Qeyd edib ki, Novruz Azərbaycanda, Türkiyədə, bir sıra Şərq ölkələrində yazın gəlişi, təbiətin oyanışı bayramıdır. Novruzun həm də bərabərlik, sülh, barış bayramı olduğunu vurğulayan türkiyəli tələbə bildirib ki, bu bayramın əsasında insana, təbiətə nəfəs verən 4 ünsürün (su, od, hava, torpaq) oyanması dayanır.

 

Daha sonra Bahar qızı, Novruzun əsas personajları olan Kosa və Keçəl öz təbriklərini tələbələrə çatdırıblar.

 

BDU-nun Türkiyədən, Çindən olan xarici tələbələrinin ifasında Novruz bayramına həsr olunmuş şeirlər, bayatılar, xalq mahnıları səsləndirilib, milli xalq oyunları, rəqslər ifa edilib.

 

Tədbir Novruzun əsas adətlərindən olan “yumurta döyüşdürmək”lə başa çatıb.