Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru, professor Akif Süleymanov ECAR Erasmus+ layihəsinin nümayəndələrini qəbul edib.

 

Görüşdə layihənin koordinatoru  Bakı Biznes Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində görülən işlərlə bağlı məlumat veriblər.

 

Layihə ilə bağlı qarşıda duran məsələlərlə tanış olan rektor ECAR Erasmus+ layihəsində tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. A.Süleymanov layihənin işinin düzgün yerinə yetirilməsi üçün UTECA-da işçi qrup yaradıldığını və bura cəlb olunan əməkdaşların layihədə yaradılacaq komitələrin profilinə uyğun seçildiyini bildirib. Ali məktəbin rəhbəri Texnologiya Universitetinin üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmək üçün bundan sonra da səy göstəriləcəyini qeyd edib.