Mingəçevir Dövlət Universitetinin (MDU) gənc əməkdaşları Elvin Muradzadə və Nurlan Əzizli Almaniyanın Siegen Universitetində “Keçid iqtisadiyyatlı ölkələrdə sahibkarlıq” mövzusunda onlayn formatda keçirilən  beynəlxalq seminarda çıxış ediblər.

 

Seminar Siegen Universitetinin qonaq professoru, iqtisad elmləri doktoru Müslüm İbrahimov tərəfindən keçirilib.

 

Seminarin gedişində iştirakçılar beynəlxalq startap ideyaları ilə tanış ola biliblər. E.Muradzadə və N.Əzizli optimal infrastrukturun olmadığı şəraitdə sensor əsaslı monitorinq vasitəsilə qidanın səmərəli daşınmasının innovativ həllini nəzərdə tutan “IOTIC” layihəsinin konsepsiyasını təqdim ediblər.

 

Diqqətə çatdırılıb ki, hər iki əməkdaş MDU və Siegen Universiteti arasında reallaşdırılan “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” adlı birgə layihə çərçivəsində təlimlərdə iştirak ediblər. Təlimlər sahibkarlıq, biznes-planların hazırlanması, startapların yaradılması, maliyyə mənbələrinə çıxış yolları və digər mövzuları əhatə edib.

 

Qeyd edək ki, təlimləri uğurla başa vuran universitetin hər iki gənc əməkdaşı ötən ilin 27-28 noyabr tarixlərində keçirilən Bakı Qida Hakatonunun qalibi olublar.