Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri davam etməkdədir.
Səfər çərçivəsində martın 16-da təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Ali Təhsil Şurasının rəhbəri Erol Özvar ilə görüşüb.
Görüş zamanı yaradılması nəzərdə tutulan Azərbaycan-Türkiyə birgə Universiteti barəsində ətraflı müzakirələr aparılıb.