Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələr arasında təşkil olunan “UFAZHackathon-2022” yarışması başa çatıb.
İlkin mərhələdə 49 komanda qeydiyyatdan keçib və onlardan 28-i yarışda iştirak üçün seçilib. “Hackathon” kənd təsərrüfatı, texnologiya, ətraf mühit, maliyyə, səhiyyə və su təsərrüfatı sahələrinə aid tapşırıqların həllinə həsr olunub.
2 gün ərzində 3 nəfərdən ibarət komanda şəklində iştirakçılar müxtəlif şirkətlərdən dəvət olunmuş mentorların da köməyi ilə verilən mövzulara uyğun proqramlaşdırma tapşırıqlarını icra edib.
Yarışın sonunda 24 komanda münsiflər heyəti qarşısında öz nəticələrini təqdim edib və qiymətləndirilib.
Qalib komandalar (Perihelion – 1-ci yer, Movement – 2-ci yer və Enigma – 3-cü yer) 1-ci yer üçün 3500, 2-ci yer 2500 və 3-cü yer 1500 manat pul mükafatı, əlavə olaraq sponsorların xüsusi mükafatlarını qazanıblar.
Qeyd edək ki, yarışma “PAŞA Bank”, “Tabaterra”, “Kibrit Tech”, “AzIn Telecom”, “Azərkosmos” və Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə həyata keçirilib.