Türkiyənin İstanbul şəhərində Avrasiya Universitetlər Birliyinin (EURIE 2022) hibrid formatda “7-ci Avrasiya Ali Təhsil Sammiti” təşkil olunub.
Müxtəlif ölkələrin 150-dən çox universitetini birləşdirən Avrasiya Universitetlər Birliyinin sammitində 50-dən artıq ali məktəbdən təmsilçilər qatılıb.
Naxçıvan Müəllimlər İnstitutunu sammitdə tədris və tərbiyə işləri üzrə prorektor Çapay Quliyev təmsil edib. Universitetin xarici əlaqələr üzrə mütəxəssisi Günay Fərəcova isə tədbirə onlayn qoşulub.
Qeyd edək ki, EURIE 2016-cı ildən bəri Avrasiya regionunda dinamik ali təhsil sektorunu dünya ilə birləşdirən beynəlxalq ali təhsil konfransı və sərgisidir. Sərgi müxtəlif ölkələrdən gələn iştirakçı ali təhsil müəssisələri və ali təhsildə digər maraqlı tərəflər üçün böyük şəbəkələşmə, akademik tərəfdaşlıq, geniş inkişaf imkanları açır.