Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesleri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov institutun gənc əməkdaşları ilə görüşüb. Görüşdə direktor gənclərin fikirlərini dinləyib, onların akademik fəaliyyətləri ilə yaxından tanış olub.

 

Bildirilib ki, 35 yaşa qədər gənc alim və mütəxəssislər arasında institutdaxili “Perspektivli layihələr” müsabiqəsi elan edilib. Qaliblərin seçilməsində şəffaflığı təmin etmək məqsədilə komissiya yaradılıb. Müsabiqədə gənc alimlər qrup şəklində və fərdi olaraq iştirak edə bilərlər. Müsabiqənin əsas məqsədi xüsusi tədqiqat istedadına malik gəncləri üzə çıxararaq həvəsləndirmək, onlara elmi araşdırma və təhlil aparmaq bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdır. Akademik V. Abbasov bildirib ki, ən yaxşı layihəyə institutun büdcədən kənar vəsaiti hesabına 5000 manat mükafat veriləcək.