Bakı Dövlət Universiteti (BDU) ilə Cənubi Koreyanın Keimyung Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Əməkdaşlıq müqaviləsinə BDU-nun rektoru Elçin Babayev və Cənubi Koreyanın Keimyung Universitetinin rektoru Sinn İlhi imza atıb.

 

Müqavilə iki universitet arasında təhsil, elm və tədqiqat sahəsində əməkdaşlığı, tələbə, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsini, birgə layihələrin və tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

 

Qeyd edək ki, əsası 1899-cu ildə qoyulmuş Keimyung Universiteti Koreyanın və dünyanın ən qədim universitetlərindən biridir. 23 000-dən çox tələbənin təhsil aldığı universitetdə 22 fakültədə 57 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.