İyulun 31-də coğrafiya və fiziki tərbiyə üzrə test imtahanlarına start verilib. İmtahanlarda 2046 namizədin iştirakı gözlənilir.
Təhsil nazirinin müavini Firudin Qurbanov ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində olub. Nazir müavini imtahanın gedişini izləyib, namizədlər üçün yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, imtahanlar bu gün başa çatacaq.
İyulun 30-da biologiya və fiziki tərbiyə üzrə keçirilmiş test imtahanlarında 2935 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq biologiya üzrə 59 bal, fiziki tərbiyə üzrə isə 56 bal qeydə alınıb.
Xatırladaq ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.