Təhsil Nazirliyi ”Təhsil” Respublika İdman Mərkəzi 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş turnir keçirilib.
Yarışın bağlanış mərasimində çıxış edənlər diqqətə çatdırıblar ki, Xocalı soyqırımı Azərbaycan tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi yazılıb. Qeyd olunub ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir və yolverilməz sayır. 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı qələbəni düşməndən alınan intiqam kimi dəyərləndirən çıxışçılar şəhidlərimizin ruhunun qəlbimizdə hər zaman yaşayacağını bildiriblər.
Sonda turnirin qalibləri xatirə medalları və diplomlarla təltif olunublar.
Rəşad ZİYADOV