Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 180 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan rəsm sərgisi təşkil edilib. 

 

Məktəbin müəllimi Sahib Şəmizadə bildirib ki, sərginin təşkil edilməsində məqsəd Xocalı faciəsinin qurbanlarını ehtiramla yad etmək, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və istedadlı şagirdlərin yaradıcılıq potensiallarını üzə çıxarmaqdan ibarətdir.

 

S.Şəmizadə 200 il ərzində ermənilərin Azərbaycana ərazi iddiaları, xalqımıza qarşı törədilən qırğınlar, aparılan etnik təmizləmə və soyqırımı siyasəti, Xocalı faciəsinin törədilməsinin səbəblərindən  də danışıb. 

 

Daha sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.