Paytaxt məktəbində şagird idarəetmə günü keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 147 nömrəli Texniki-Humanitar Liseydə yaradılan şagird idarəetmə sistemi günü çərçivəsində təhsil müəssisəsini bir günlük məktəblilər idarə edib.
Fevralın 24-də keçirilən şagird idarəetmə gününün məqsədi məktəblilərə özünüidarəetmə, işgüzarlıq, özünəinam kimi xüsusiyyətləri aşılamaq, onların gələcək peşə məsuliyyətini dərk etməsinə dəstək olmaq, şagirdlərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə çatmaq bacarıqlarına yiyələnməsinə kömək etməkdən ibarətdir.
İdarəetmə günü çərçivəsində tədris nailiyyətləri və qabiliyyətləri ilə fərqlənən şagirdlər məktəb direktoru, direktor müavinləri, müəllim, uşaq birliyi rəhbəri kimi vəzifələrdə fəaliyyət göstərərək özlərini sınayıblar.
Rəhbər vəzifələri icra edən şagirdlərin vəzifələrini uğurla yerinə yetirməsi digər həmyaşıdlarında da bu təşəbbüsə qoşulmaq üçün maraq yaradıb.