19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib.
15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb.
Yeniyetmələrdən ibarət milli yığma komandanın tərkibində çıxış edən Təhsil Nazirliyinin 1 nömrəli idman liseyinin idmançıları Məhəmməd Məmişov (50 kq), Nizami İmranov (60 kq), Nicat Nağıyev (66 kq), Süleyman Əliyev (73 kq) I yer, Əli Hacızadə (73 kq), Ramazan Əhmədov (+90 kq) II yer, Məhəmməd Paşayev (90 kq) III yer, 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Məhəmməd Musayev (55 kq) I yer, Xanəhməd Şərifov (55 kq) III yer, qızların mübarizəsində Xumar Qasımzadə (44 kq) II yer tutub.