Azərbaycan  Dillər Universitetinin (ADU) tələbələri pedaqoji və istehsalat təcrübəsinə başlayıblar.

 

Universitetdən bildirilib ki, tələbələr 14 həftə ərzində Bakı şəhərində yerləşən məktəb və liseylərdə, özəl təhsil müəssisələrində təcrübə keçəcəklər.

 

Təhsil 1, Təhsil 2, filologiya fakültələrinin və “Sabah” qruplarının pedaqoji ixtisaslarda təhsil alan sonuncu kurs tələbələrinə təcrübə müddətində universitet tərəfindən ayrılmış müəllimlər və orta təhsil müəssisələrinin əməkdaşları rəhbərlik edəcək.

 

İstehsalat təcrübəsi keçən beynəlxalq münasibətlər və regionşünaslıq, tərcümə və filologiya fakültələrinin tələbələri eyni tarixlərdə dövlət və qeyri-dövlət təşkilatlarına, ölkəmizdə fəaliyyət göstərən səfirliklərə göndəriliblər. Onların təcrübə keçdikləri səfirliklər arasında İndoneziya, Pakistan, Meksika, Venesuela və Serbiyanın ölkəmizdəki səfirlikləri var.

 

Təcrübəyə hazırlıq mərhələsində bütün fakültələr üzrə tələbələrlə təcrübə rəhbərləri arasında görüşlər keçirilib, təlimlər təşkil olunub.