“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında  imzalanmış Anlaşma memorandumuna əsasən, 2020/2021-ci tədris ilindən ikili proqram əsasında Aqronomluq, Bitki mühafizəsi, Aqromühəndislik və İqtisadiyyat ixtisasları üzrə kadr hazırlığı aparılır.


Ege Universitetindən növbəti bir qrup müəllim qeyd olunan proqram əsasında  müvafiq ixtisaslar üzrə tədris aparmaq üçün Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) gəlib.


Universitetdən bildirilib ki,  rektor, professor İbrahim Cəfərov görüşdə müəllimləri ADAU-nun xarici əlaqələri, ikili diplom proqramları və müasir maddi-texniki bazası barədə məlumatlandırıb. Bildirilib ki, qarşılıqlı şəkildə aparılan kadr hazırlığı gələcəkdə ölkənin kənd təsərrüfatının inkişafına mühüm töhfələr verəcək.