Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz ölkələri üzrə regional əlaqələndiricisi, DAAD Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reulla görüşüb.

 

Rektor AzTU-nun Almaniya universitetləri ilə uğurlu əməkdaşlığında DAAD-ın fəaliyyətinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, AzTU-nun bu istiqamətdə əlaqələri davamlı və məqsədəuyğundur.

 

Daha sonra 2022/2023-cü tədris ilində mübadilə proqramı çəçivəsində alman dili müəlliminin AzTU-da tədrisə cəlb olunacağı barədə müzakirələr aparılıb. Sözügedən əməkdaşlığın univesitetin profilinə uyğun istiqamətlər üzrə davamlı inkişafında AzTU-nun maraqlı olduğu qeyd edilib.

 

DAAD Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul AzTU-nun Almaniya universitetləri ilə uğurlu əməkdaşlığını yüksək qiymətləndirib.

 

Görüşdə AzTU-nun Almaniya universitetləri ilə birgə həyata keçirdiyi layihələr, perspektiv imkanlar, mübadilə xidmətləri, həmçinin AzTU-nun Brandenburq Texniki Universiteti ilə ikili diplom proqramları və digər uğurlu layihələri haqqında fikir mübadiləsi aparılıb.