Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ilinin yaz semestrində tədris olunacaq 37 fənnin tədrisinin keyfiyyətli təşkil edilməsi üzrə Türkiyənin Hacettepe, İstanbul, Ankara, Yıldız Teknik, Qazi, Artvin Çoruh universitetlərindən, Rusiyanın Moskva Dövlət Qida İstehsalı Universitetindən dəvət olunmuş təlimçilərlə yanaşı, fənnin spesifiklliyindən asılı olaraq, yerli təlimçilərin iştirakı ilə hər dərs üçün 30 saatlıq proqram üzrə təlimlər keçirilib.
Təlimlərdə UNEC-in 178 nəfər əməkdaşı ilə yanaşı, Əmək və Sosial Münasibətlər Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin də nümayəndələri iştirak ediblər.
Yeni tədris olunacaq fənlərlə yanaşı, tədrisi əvvəl həyata keçirilən fənlərin daha müasir, kompetensiya əsaslı, əmək bazarının tələblərinə cavab verə biləcək şəkildə qurulması üçün “Azərbaycan iqtisadiyyatı”, ”Aqrar iqtsadiyyat”, ”Ekonometrika”, “Biznesin əsasları”, ”Maliyyə uçotu” (ACCA F3), “Audit” (F8), “Maliyyə hesabatlılığı”(İFRS uyğun), ”Bank işi”, “Sığorta”, “Statistikada proqram təminatı” (Excel və SPSS proqramı əsaslı), “Statistikada modelləşdirməyə giriş” (VAR Analizi, Eviews ,R proqramı üzrə,ARCH və GARCH modellərini öyrənilməklə), “Proqramlaşdırmanın əsasları-1” ( Web framework üçün django, flask, Core python, Deployment cloud üçün AWS, Docker optional, Rest api, Basic Linux command əsaslı proqram üzrə), “Proqramlaşdırmanın əsasları-2” (Java Web texnologiyalarının əsasları, Spring framework, Soap ve Rest web servis-lər üzrə), “İnformatika”, “Verilənlər bazası sistemləri (DataBase Management System,MySQL,Oracle:Orcle SQL,PL/SQL), “Biznesdə proqram təminatı” fənləri real layihələr üzərində, daha çox praktiki bacarıqlar öyrədiləcək proqramlar üzrə yenilənərək təkmilləşdirilib.
Bu barədə UNEC-dən bildirilib.