Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Belçikanın Leuven şəhərində yerləşən “QMineral” şirkətinin təşkil etdiyi təcrübə proqramında iştirak ediblər.
Proqramda BDU-nun Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadə və Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Xatirə Mehtiyeva müxtəlif panel müzakirələrdə və təlimlərdə fəallıq nümayiş etdiriblər.
İştirakçıların proqram çərçivəsində qatıldığı təlim kristallik toz nümunələrinin "Rentgen şüalarının difraksiyası" tədqiqat üsülu ilə keyfiyyət və kəmiyyət analizi haqqında olub. Həmçinin, tədqiqat nəticələrinin keyfiyyətinin artırılması məqsədilə dünyanın qabaqcıl laboratoriyalarında istifadə olunan proqram təminatları ilə tanışlıq imkanı da yaradılıb.
Təcrübə proqramının yekununda BDU-nun hər iki əməkdaşı şirkət tərəfindən beynəlxalq sertifikata layiq görülüb.