Ukraynanın “42 Flows Technologies” şirkətinin nümayəndələri İqor Luzhanskiy və Nataliya Kozdrovytska Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.
Görüşdə UFAZ-ın baş katibi Elizaveta Bydanova, Təhsil şöbəsinin müdiri Lətifə Nəsibova və Kompüter Elmləri Proqramının koordinatoru Samer El Zant qonaqlara universitetdə aparılan tədris prosesi haqqında məlumat verib, tələbələrin işə qəbulu ilə bağlı mümkün imkanlar barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “42 Flows Technologies” şirkətinin Azərbaycanda fəaliyyəti yeni başlayıb. Hazırda UFAZ-ın 4 tələbəsi şirkətdə təcrübə keçmək üçün seçilib.