Bakı Mühəndislik Universitetində (BMU) yanvar ayının 5-də başlayan payız semestrinin qış imtahan sessiyası başa çatıb. Sessiya ərzində tələbələr ümumilikdə 1273 imtahan veriblər.

 

Universitetdən bildirilib ki, BMU-nun rektoru, professor Havar Məmmədov başda olmaqla, ali məktəbin rəhbərliyi prosesi diqqət mərkəzində saxlayıb və imtahanların gedişini izləyiblər.

 

Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq, qərəzsizlik və obyektivlik təmin olunub.

 

İmtahan sessiyasında yarana biləcək neqativ halların operativ şəkildə araşdırılması məqsədilə Apelyasiya Komissiyası fəaliyyət göstərib. Tələbələrin imtahan bitdikdən sonra komissiyaya müraciət etmələri üçün bütün imkanlar yaradılıb.

 

Apelyasiya Komissiyasına sessiya dövründə 279 müraciət daxil olub. Komissiyanın qərarına əsasən, 95 tələbənin qiymətində müəyyən düzəlişlər edilib. Müraciətlərin bir hissəsində texniki səhvlər aradan qaldırılıb. Digər qismində isə komissiya üzvlərinin qərarı ilə tələbələrin cavab kağızında onların  lehinə müəyyən nüansların olması əsas götürülüb.

 

Bütövlükdə yüksək fəallıq şəraitində keçən imtahanlar uğurla başa çatıb.