Təhsil Nazirliyi  ”Təhsil” Respublika İdman Mərkəzi 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbində 2 fevral - Gənclər Günü ilə əlaqədar şahmat və stolüstü tenis bölmələri üzrə keçirilən turnirin qaliblərinin mükafatlandırılması mərasimi olub.

 

Mərasimdə idman məktəbinin direktoru Natiq Ələkbərov Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin yürütdüyü gənclər siyasətinin rolundan danışıb,   idmanın və gənclər siyasətinin ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Direktor qeyd edib ki, Azərbaycan gəncləri ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında böyük fəallıq göstərirlər.

 

Sonda I, II, III  yerləri tutmuş idmançılar diplom və medallarla mükafatlandırılıb. 

 

Rəşad ZİYADOV