Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Azərbaycan gənclərini təbrik edib.

 

“2 fevral - Azərbaycan Gəncləri Günüdür! Bu münasibətlə Mingəçevir Dövlət Universitetinin tələbə, magistrant, doktorant və gənc əməkdaşlarının simasında bütün gəncləri ürəkdən təbrik edirəm!

 

Ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərmiş, gənclərin davamlı inkişafına prioritet əhəmiyyət vermişlər!

 

Bütün gənclərə möhkəm cansağlığı, təhsil və elmi fəaliyyətlərində böyük uğurlar, karyera inkişafında yeni-yeni nailiyyətlər arzulayıram! Gününüz mübarək, Əziz Gənclər!”-deyə təbrikdə bildirilir.